İngiltərə

Salah gedir? – Abbas açıqladı

Futbol agenti Rami Abbas İssa müştərisi, “Liverpul”un futbolçusu Məhəmməd Salahın gələcək taleyi barədə danışıb

Aut.az xəbər verir ki, o, misirli vingerin yaxın vaxtlarda klubu tərk etməyəcəyini bildirib:
“Bu il “Liverpul”dan ayrılmağı düşünsəydik, keçən yay müqaviləni yeniləməzdik. Məhəmməd “Liverpul”a sadiq qalır”.
Salah İngiltərə klubuna 2017-ci ilin yayında “Roma”dan keçib. Komandanın heyətində keçirdiyi 305 matçda 186 qol vurub və 79 məhsuldar ötürmə edib. 31 yaşlı misirli ötən mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 30 qol vurub və 16 məhsuldar ötürmə edib.
Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.