Türkiyə

“Fənər” istəyirdi, “Qalatasaray” aldı

Donetsk “Şaxtyor”unun 23 yaşlı braziliyalı vingeri Tete karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nevzat Dindar məlumat verib. Mənbənin məlumatına görə, futbolçu komanda ilə 4 illik müqavilə imzalayacaq. Müqavilədə anlaşmanın daha 1 il uzadılması variantı da yer alacaq.

Dindar “Qalatasaray”ın Tetaya 3,5 milyon avro imza bonusu ödəyəcəyini, futbolçunun maaşının isə ildə 2,8 milyon olacağını iddia edir.

Daha əvvəl Türkiyənin “Fənərbaxça” klubu Tetenin xidmətində maraqlı olsa da, tərəflər maaşla bağlı razılığa gələ bilməyib. “Sarı-göylər” futbolçu ilə müqavilə imzalamayacaqlarını rəsmən açıqlayıb.

Aut.az