“Neftçi” və “Sabah”ın potensial rəqibləri
UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Aut.az xəbər verir ki, turnirdəki təmsilçilərimizin potensial rəqibləri müəyyənləşib.
“Neftçi” III təsnifat mərhələsində “Beşiktaş” səddini keçərsə, pley-offda “Aris” (Yunanıstan) – “Dinamo” (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.
“Sabah” isə “Partizan”ı üstələcəyi halda “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə üz-üzə gələcək. “Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.
“Qarabağ”ın da potensial rəqibi müyyənləşib. Azərbaycan çempionu UEFA Avropa Liqasının III raundunda Finlandiya klubu HİK-ə məğlub olarsa, Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisinin yer aldığı cütün məğlubu ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.
