Dünya futbolu

“Qarabağ”ın rəqibi liderliyə yüksəldi

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi HİK Finlandiya çempionatında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Mariehmann”la qarşılaşıb. 6 qolun vurulduğu matçda HİK qələbə qazanıb – 4:2.

Komanda bu nəticəsən sonra xallarının sayını 37-yə çatdırıb və liderliyə yüksəlib. İkinci sırada bir oyun az keçirən “KuPS” yer alır – 35 xal.