Azərbaycan futbolu

UEFA-dan “Qarabağ”, “Neftçi” və “Sabah”la bağlı anlaşılmaz qərar

UEFA Azərbaycan təmsilçilərinin avrokubok matçları ilə bağlı qəribə qərar verib.

Aut.az xəbər verir ki, Avropanın futbol qurumu 3 təmsilçimizin ilk oyunların eyni gündə – avqustun 10-da Bakıda keçirəcəyini açıqlayıb.

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” HİK-i qəbul edəcək. Konfrans Liqasının 3-cü təsnifat mərhələsində çıxış edən klublarımızdan “Sabah” “Partizan”la, “Neftçi” isə “Beşiktaş”la qarşılşacaq.

Qeyd edək ki, UEFA buna qədər eyni gündə bir şəhərdə 2 görüşün keçirilməsinə mümkün qədər icazə vermirdi. Oyunlardan birinin yeri dəyişdirilə bilməyəcəyi halda bu baş verirdi. Qurumun belə qərar verməsi, yəni 3 oyunun eyni gün, eyni şəhərdə keçirilməsinə icazə verməsi nadir və tarixi qərardır.