Azərbaycan futbolu

Onların sayəsində xal ehtiyatı bu qədər artdı

“Sabah” və “Neftçi” Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Aut.az xəbər verir ki, komandalar buna Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında qələbə qazanmaqla nail olublar.

“Sabah” Latviya RFS-ini (2:1, ilk oyun – 2:0), “Neftçi” isə Bosniya və Herseqovina “Jelezniçar”ını (2:0, ilk oyun – 2:2) məğlub edərək mərhələ adlayıb. Hər iki komandanın uğuru sayəsində ölkəmizin aktivinə 0,500 xal yazılıb. Azərbaycan hazırda 15,750 xalla 29-cu pillədədir.

28-ci pillədə 16,500 xalı olan Slovakiyadır. 30-cu pillədə isə 12,125 xalla Moldova qərarlaşıb.