Messi gəldi, “Mayami”yə xeyli pul ayırdılar
Lionel Messinin çıxış etdiyi “İnter Mayami” klubunun büdcəsi artırılıb.
Autaz xəbər verir ki, klubun sərmayədarlarından biri olan “Ares” şirkəti belə qərar qəbul edib. Mayami təmsilçisinə əlavə 75 milyonluq yatırım edilib. Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, bu pullar tikilməkdə olan stadionun inkişafına və klubun fəaliyyətinin digər sahələrinə xərclənəcək.
Buna qədər “Ares” 2021-ci ildən sahiblik etdiyi “İnter Mayami”yə 225 milyon dollar sərmayə qoyub.
Messinin transferindən sonra “İnter Mayami” ardıcıl üç qələbə qazanıb, “Barselona” və PSJ-nin keçmiş futbolçusu isə bu görüşlərdə 5 qol vurub.
Qeyd edək ki, “Ares” həmçinin, “Atletiko Madrid”, “Krystal Palas” və “Lyon” klublarının da sərmayədarlarındandır.
