Dünya futbolu

“Sabah”ın sabiq futbolçusu Özbəkistan klubunda

“Sabah”ın sabiq futbolçusu Filip İvanoviçin yeni ünvanı məlum olub.

Aut.az xəbər verir ki, serbiyalı müdafiəçi “Navbahor”a keçib. Bu barədə Özbəkistan klubunun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə müqavilə 2024-cü ilin dekabrına qədər nəzərdə tutulub.

Son olaraq ölkəsində “Radniçki”də çıxış edən Filip 2018-2021-ci illərdə “Sabah”da forma geyinib.