Ona görə girinc qalıb, klubunu dəyişmək istəmir – FOTO
Adı bir sıra Avropa nəhəngləri ilə yanaşı hallanmasına baxmayaraq “Yuventus”un hücumçusy Duşan Vlahoviçin Turində qalacağı gözlənilir. Turin klubunun texniki direktoru Kriştiano Jintoli bildirib ki, serbiyalı futbolçuya inamları var.
Bu, çox güman ki, Vlahoviçin heç yerə getməməsinin yeganə səbəbi deyil. Onun İtaliyada qalma səbəbi həm də qızğın sevgilisi Karolina Stramaredir.
.jpg)
Onlar münasibətlərini gizlətməyə üstünlük verirlər. Buna görə də, şəxsi həyatlarının təfərrüatlarını paylaşmırlar. Sosial şəbəkələrdə isə birgə fotolar yerləşdirmirlər.
Buna baxmayaraq, İtailya mediası cütlük haqqında maraqlı məqamı ortaya çıxarıb. Məlum olub ki, forvard 24 yaşlı modellə 2021-ci ildən görüşür. Karolina “Yuventus” azarkeşidir. İddia olunur ki, Vlahoviçin “Fiorentina”dan “qoca sinyora”ya keçməsinin səbəblərindən biri budur.
.jpg)
Nə qədər qəribə də olsa, Stramare sevimli oyunçusunun Bonuççi olduğunu söyləyib. “Leo əla futbolçudur, amma ilk növbədə onu ailəsinə münasibətinə görə qiymətləndirirəm. O, prinsipləri olan bir insan nümunəsidir”, – deyə o açıqlama verib.
Karolina yeniyetmə yaşlarından modelliklə məşğuldur. 2019-cu ildə “Miss İtaliya” yarışının qalibi olub. O, qələbəsini anasına həsr edib. Səs-küylü uğurdan sonra Karolina televiziya karyerasına başlayıb. Qız B Seriyasının oyunları zamanı flaş müsahibə götürüb.
.jpg)
İndi Stramarenin yarım milyondan çox abunəçisi, çoxsaylı reklam müqavilələri var. Bu da onun böyük pullar qazanmasına səbəb olur.
Karolinanın hər yazısının altında abunəçilərdən yüzlərlə həvəsli şərhlər var. Pərəstişkarları hətta onun üçün ləqəb də tapıblar – italyan Meqan Foks. (Publika.az)
.jpg)
.jpg)
