Konfrans Liqası

Konfrans Liqası: “Fənərbağça” darmadağınla mərhələ adladı

Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Aut.az xəbər verir ki, Türkiyə “Fənərbağça”sı Moldovada “Zimbru”nu darmadağın edib və növbəti mərhələyə yüksəlib. Komandalar arasındakı ilk görüşdə türkiyəlilər böyükhesablı qələbə qazanıb – 5:0.

Albanyanın “Partizani” klubu bu raundda “Atletiko Eskaldes”i mübarizədən kənarlaşdırıb.

Azərbaycan təmsilçiləri – “Sabah”, “Neftçi” və “Qarabağ” isə meydana avqustun 3-də çıxacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları

1 avqust

Valmiyera (Latviya) – Tre Penne (San Marino) – 7:0
İlk oyun – 3:0

Baltsan (Malta) – Neman (Belarus) – 0:0
İlk oyun – 0:2

Zimbru (Moldova) – Fənərbağça (Türkiyə) – 0:4
İlk oyun – 0:5

Esperanj (Lüksemburq) – TNS (Uels) – 3:2
İlk oyun – 1:1

Partizani (Albaniya) – Atletiko Eskaldes (Andorra) – 4:1
İlk oyun – 1:0

Buduçnost (Monteneqro) – Struqa (Şimali Makedoniya) – 3:4
İlk oyun – 0:1