Konfrans Liqası: “Sabah” və “Neftçi”nin potensial rəqiblərinin sayı azaldı
“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri azalıb.
Aut.az xəbər verir ki, mərhələnin püşkü bu gün atılacaq.
“Neftçi” III raundda “Beşiktaş” səddini keçsə,
“Gent” (Belçika) – “Poqon” (Polşa), “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan), “Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütlərinin qalibi və ya “Lill” (Fransa) ilə qarşılaşacaq.
“Sabah” isə “Partizan”ı (Serbiya) mübarizədən kənarlaşdıra bilsə, isə “Osasuna” (İspaniya), “Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan), “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka), “Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) və “Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütlərinin qalibindən biri ilə qarşılaşacaq.
