Adrian Mutu: “Məqsədimiz növbəti mərhələyə adlamaqdır”
“Məqsədimiz növbəti mərhələyə adlamaqdır”.
Aut.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovina klubu “Jelezniçar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.
Səfərdə 2:2 hesablı heç-heçə etdiklərini xatırladan rumınıyalı mütəxəssis cavab görüşünün gərgin alınacağını düşünür: “Rəqibimizin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Bizi ağır matç gözləyir, bunu dərk edirik”.
Qeyd edək ki, avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da start götürəcək.
