Əfsanəvi futbolçu DÇ-də son oyununu keçirdi
Braziliyalı hücumçu Marta dünya çempionatında karyerasının son matçına çıxıb.
Aut.az xəbər verir ki, bu, dünya çempionatının qrup mərhələsində Yamayka ilə görüşün (0:0) başa çatmasından sonra məlum olub.
Marta meydana start heyətində daxil olub və 81-ci dəqiqədə əvəzlənib. Braziliya dünya çempionatının pley-off mərhələsinə yüksələ bilməyib.
5 dəfə FİFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilən 37 yaşlı Marta Braziliya millisində 175 oyuna çıxıb və 115 qola imza atıb.
O, dünya çempionatı tarixinin bombardiridir (17 qol).
