Türkiyə

Sponsorundan “Qalatasaray”a jest

“Qalatasaray”ın yeni transferi Mauro İkardinin maaşının bir hissəsini klubun sponsoru ödəyəcək.

Aut.az xəbər verir ki, “Rams Global” şirkəti mətbuat xidməti vasitəsilə argentinalı hücumçunun məvacibinini bir hissəsini qarşılayacağını bildirib.

Sözügedən şirkət “Qalatasaray”ın stadion sponsorudur. “Cim-bom”un ev oyunlarını keçirdiyi “Ali Sami Yen” stadionu yeni mövsümdən “Rams Park” adlanacaq.

İkardi “Qalatasaray”da illik 10 milyon avro maaş alacaq.