Onun keçidi düyünə düşdü
“Fiorentina”nın yarımmüdafiəçisi Sofian Amrabatın “Mançester Yunayted”ə keçidi baş tutmaya bilər.
Mərakeş millisinin futbolçusu ilə baş məşqçi Erik ten Haq şəxsən maraqlanır. Aut.az “Daily Mail”ə istinadən bildirir ki, mankunianlılar yalnız kifayət qədər oyunçu satdıqları halda onu ala biləcəklər. İtaliya klubu mərakeşli üçün 35 milyon avro tələb edir.
Həmçinin qeyd olunur ki, “Yunayted” üçün heyəti gücləndirmək üçün prioritet mövqe hücumdur.
Aut.az
