Türkiyə

Ante Rebiç “Beşiktaş”da

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi “Milan”dan Ante Rebiçi transfer edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Beşiktaş” xorvat hücumçu ilə 2 illik müqavilə imzalayacaq.

Rebiç ötən mövsüm A Seriyasında 23 oyunda 2 qol vurub.