Azərbaycan futbolu

Azərbaycan millisinin oyunu Respublika stadionunda

Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Aut.az xəbər verir ki, Azərbaycan – Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Azərbaycan yığması seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabıyla uduzub, Estoniya ilə isə heç-heçə edib – 1:1.