Axtarılır: Yol hərəkəti qaydasını 60 dəfə pozub
Sankt-Peterburqun “Zenit” klubunun keçmiş futbolçusu Malkom yol polisində cərimələri ödəmədiyi üçün Rusiya Federasiyasının Federal Məhkəmə İcraçıları Xidməti tərəfindən axtarışa verilib.
Aut.az xəbər verir ki, bu barədə REGNUM məlumat yayıb. Mənbənin sözlərinə görə, Malkom ümumi məbləği təxminən 64 min rubl olan 60 yol hərəkəti qaydasının pozulmasına görə ödəniş etməyib.
Ümumilikdə, “Zenit”dəki karyerası zamanı (2019-2023) Malkom özünün “Lamborghini Urus” avtomobilində əsasən sürət həddini aşdığı üçün 260-a yaxın cərimə balı toplayıb.
İyulun 26-da Malkom “Zenit”dən ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. Onun yeni klubda maaşı ildə 18 milyon avro civarında olacaq.
Aut.az
