Azərbaycan futbolu

“Neftçi”də ayrılıq

“Neftçi” PFK klubun seleksiya şöbəsinin üzvü Vadar Nuriyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandamızın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandamızda köməkçi məşqçi, 2021-ci ilin fevralından indiyədək isə klubun seleksiya şöbəsində çalışıb.