İtaliya

Eldorun keçidi həll olundu: 1 milyon ödədilər, alsalar…

“Kalyari” “Roma”dan Eldor Şomurodovu icarəyə götürüb.

Aut.az xəbər verir ki, insayder Canluka Di Martsionun sözlərinə görə, “Kalyari” Şomurodovun icarəsi üçün 1 milyon avro ödəyəcək.

Mövsümün sonunda klub hücumçunu “Roma”dan 9 milyon avroya ala biləcək.

Bildirilir ki, Şomurodovun “Kalyari”də tibbi müayinəsi bazar ertəsi, iyulun 24-nə təyin edilib.

Şomurodov 2022/23 mövsümünün ikinci yarısını “Spetsia”da keçirib və A Seriyasında 16 matçda 1 qol vurub.

Aut.az