DÇ-də iştirak edən ilk transseksual futbolçu – FOTO
Kanada yığmasının üzvü Rebekka Kuinn qadınlar arasında Dünya Kubokunda iştirak edən ilk transseksual futbolçu olub.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
26 yaşlı futbolçu Nigeriya ilə görüşdə (0:0) start heyətində meydana çıxıb.
Əvvəllər Kuinn Olimpiadada iştirak edən ilk transgender futbolçu olub. Tokio 2020-də Kuinin şərəfini qoruduğu Kanada millisi qızıl medal qazanmışdı.
Qeyd edək ki, qadınlar arasında dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçirilir.

