Türkiyə klubu onu alır: Danışıqlar son mərhələdədir
“Dinamo”nun və Lüksemburq millisinin 28 yaşlı cinah oyunçusu Jerson Rodriqes “Sivasspor”a keçməyə yaxındır.
Aut.az xəbər verir ki, Türkiyə klubu futbolçu üçün bir neçə gün əvvəl rəsmi təklif göndərib. “Sivasspor” rəhbərliyi danışıqların gedişini müsbət qiymətləndirir.
“Kiyev “Dinamo”su ilə Jerson Rodriqes üçün danışıqlar aparırıq. Bu transferin son mərhələsindəyik”, – deyə “Sivasspor”un vitse-prezidenti Gökhan Karagel bildirib.
Aut.az
