Dünya futbolu

Məhəmmədə görə danışıqlar başladı

“Çelsi” “Məhəmməd Kudusun transferi ilə bağlı “Ayaks”la danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

22 yaşlı Kudusun “Ayaks”la 30 iyun 2025-ci ilə qədər müqaviləsi var. “Transfermarkt” qanalı futbolçunun hazırkı bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

2022/23 mövsümündə Kudus klub səviyyəsində 42 oyuna çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə verib.

Aut.az