Bunu edəcəklər, amma özlərinə zərər vermədən
“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun bu yay transfer bazarında görəcəyi işlərdən danışıb.
“Təbii ki, bu istiqamətdə işlər aparılacaq. Çoxlu yeni gələnlər olacaq, kimsə komandadan ayrılacaq.
Bu haqda konkret danışmaq hələ tezdir. Əgər komandanı təkmilləşdirmək imkanımız olsa, bunu edəcəyik. Amma özümüzə zərər vermədən”, – deyə jurnalist Fabritsio Romano “Twitter”-də Artetadan sitat gətirib.
Aut.az
