Türkiyə

Konqolu hücumçu “Qalatasaray”da

“Əl Nəsr”in futbolçusu Sedrik Bakambu karyerasını Türkiyədə davam etdirəcək.

Aut.az xəbər verir ki, 32 yaşlı konqolu hücumçu “Qalatasaray”la razılaşıb. Bu barədə “TRT Spor” məlumat yayıb. Fransalı futbolçunun yaxın günlərdə İstanbula gələcəyi və rəsmi müqavilə imzalayacağı bildirilib.

Karyerası ərzində “Soşo”, “Marsel”, “Bursaspor”, “Olimpiakos” kimi klublarda çıxış edən Bakambu bu transfer dönəmində Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl Nəsr”lə müqavilə imzalamışdı.