PSJ-dən “Leypsiq”ə
PSJ sabiq futbolçusu Xavi Simonsu geri qaytarıb.
Aut.az xəbər verir ki, Paris təmsilçisi 2022-ci ildə PSV-yə göndərdiyi yarımmüdafiəçini 6 milyon avro qarşılığında heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı ilə razılaşmanın detalları açıqlanmayıb.
Fransa təmsilçisi 20 yaşlı futbolçunu yenidən icarəyə verib. Simons 2024-cü ilin yayına qədər “Leypsiq”də çıxış edəcək.
