Məmmədov “Zaqatala”da
2023/2024 mövsümünə hazırlıqlarını davam etdirən “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, bölgə təmsilçisi “Kəpəz”dən Nicat Məmmədovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
“Neftçi”nin yetirməsi olan Məmmədov “Kəpəz”dən başqa “Zirə”də də çıxış edib. O, sözügedən klubların əvəzedicilərində oynayıb.
Yarımmüdafiəçi Azərbaycanın U-17 yığması ilə iki matçda iştirak edib.
