Dünya futbolu

Nazir qərar verdi: Oyuna baxanlar işə gec gələcək

Braziliyada dövlət qulluqçuları Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında dünya çempionatını asanlıqla izləyə biləcəklər.

Aut.az xəbər verir ki , buna səbəb ölkənin İdarəetmə naziri Esther Dvekin verdiyi qərar olub. O, dövlət işində çalışanlara Braziliya millsiinin matçının bitməsindən iki saat sonra işə çıxa biləcəklərini söyləyib:

“Oyunlar səhər saat 7:30-da keçirildikdə  iş günü Braziliya vaxtı ilə səhər saat 11:00-da başlayacaq. Matçların səhər saat 8:00-da keçiridliyi günlərdə işə 12:00-da gələ bilər”.

Braziliya F qrupunda Fransa, Panama və Yamayka ilə mübarizə aparacaq. Cənubi amerikalılar ilk oyununu iyulun 24-də Panama ilə keçirəcəklər.

Turnir iyulun 20-dən avqustun 20-dək davam edəcək. Açılış görüşündə Yeni Zelandiya Norveç yığmasını məğlub edib.