Dünya futbolu

Hədələdilər: Gəlsən, üç barmağını kəsəcəyik – FOTO

PSJ azarkeşləri “Yuventus”un futbolçusu Duşan Vlahoviçi hədələyir.

Aut.az xəbər verir ki, Paris klubunun hücumçusunu almaqda maraqlı olduğu bildirilir. Klubun hücumçu ilə maraqlanması ilə bağlı yayılan söz-söhbətlər fonunda PSJ-nin ultras qrupu ona  ünvanlanan təhdid dolu foto yayımlayıb. Səkkiz nəfər “Park de Prens” stadionunun qarşısında “Parisə gəlsən, barmağının üçünü kəsəcəyik” yazılmış pankartla şəkil çəkdiriblər.

Çox güman ki, azarkeşlərin hərəkəti Vlahoviçin Serbiya millisinin düşərgəsində olarkən “Xetafe”nin müdafiəçisi Stefan Mitroviç və “Torino”nun yarımmüdafiəçisi Nemanya Radoniçlə birgə çəkilmiş fotosuna aiddir. Vlahoviç və Radoniç üzərində Kosovo əyalətinin və Metohiyanın Serbiyanın bir hissəsi olduğunu göstərən xəritənin əks olunduğu köynəklər geyinmişdilər.

Mitrovic və Vlahovic üç barmaqlarını qaldıraraq bir jest də göstərmişdilər. PSJ azarkeşləri “Yuventus”un hücumçusunun bu hərəkətini nasist jesti hesab edə bilərlər.

Hədələdilər: Gəlsən, üç barmağını kəsəcəyik – FOTO