ŞOK: Naraya xərçəng diaqnozu qoyuldu
PSJ-nin hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Narada leykemiya diaqnozu qoyulub.
Aut.az xəbər verir ki, bu barədə “Marca” “Radio Miter”in jurnalisti Xorxe Lanataya istinadən xəbər verir.
Bir neçə mənbə Narada qanyaradıcı sistemin bədxassəli xəstəliyinin olduğunu təsdiqləyib. Bu yaxınlarda o, qarın ağrısı şikayətləri ilə klinikaya müraciət edib, sonra xəstəxanaya yerləşdirilib.
Naranın analizləri pis deyildi, lakin sonra o, Argentinadakı şəxsi klinikaya köçürülüb və orada ona leykemiya diaqnozu qoyulub.
Bildirilir ki, İkardi onu müalicə üçün İtaliyaya göndərmək niyyətindədir.
30 yaşlı İkardi Nara ilə 10 ildən çoxdur münasibətdədir. 2023-cü ilin fevral ayında cütlüyün boşanma prosesinə başladığı bildirildi, lakin bu məlumat təsdiqini tapmadı.
Aut.az
