Digər

Şakiranın kiminlə görüşdüyü bəlli oldu

“Mayami Hit”in hücumçusu Cimmi Batler məşhur müğənni Şakira ilə görüşməyə başlayıb.

Aut.az xəbər verir ki, may ayında Şakira “Mayami”nin matçlarından birinə qatılıb. Cütlüyün artıq bir neçə görüşü olub. Yaş fərqi onları narahat etmir. Qeyd edək ki, Batlerin 33, Şakiranın 46 yaşı var.

Xatırladaq ki, Şakira 12 il münasibətdə olduğu məşhur futbolçu Jerar Pike ilə 2022-ci ildə ayrılıb. Cütlüyün iki övladı var.