“Fələstin, Fələstin” qışqırdılar, stadiona od vurdular – FOTO
UEFA Çempionlar Liqasınnın birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Hamrun Spartans” (Malta) – “Makkabi” (Hayfa, İsrail) matçında qalmaqal yaşanıb.
Aut.az xəbər verir ki, matçın gedişatında hər iki komandanın azarkeşləri arasında toqquşma olub. Tribunada baş verən hadisələrə görə oyuna 30 dəqiqə fasilə verilib. Hər iki klubun azarkeşləri iğtişaş törədib və bir-birilərinə əşyalar atıblar. Hadisə zamanı qonaqlar priotexniki vasitələrdən də istifadə ediblər. Stadiona ziyan dəyib.
“The Times of Israel”in məlumatına görə, qalmaqalın yaranmasına maltalı azarkeşlərin “Fələstin, Fələstin” şüarları səsləndirməsi səbəb olub. İğtişaşlar səbəbilə “Makkabi”nin beş azarkeşi polis tərəfindən saxlanılıb. Onlardan ikisi təqsirini etiraf edib.
Artıq hadisə ilə əlaqədar UEFA intizam işi açıb. Qurum bəyan edib ki, məsələ ilə əlaqədar cəza qərarı çıxaracaq.
Qeyd edək ki, oyun “Makkabi”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu iyulun 18-də İsraildə keçiriləcək.
.jpg)




