Azərbaycan futbolu

“Turan Tovuz” “Araz Naxçıvan”ı darmadağın etdi

Yeni mövsümün hazırlıqlarına davam edən “Turan Tovuz” ilk yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, Ayxan Abbasovun komandası Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Araz Naxçıvan”la qarşılaşıb.

Oyun “Turan Tovuz”un 5:1 hesablı qələbəsi ilə başa çatıb.