Azərbaycan futbolu

UEFA reytinqi: Bu ölkə Azərbaycanı ötdü

Avrokubok həftəsi başa çatdıqdan sonra Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

Aut.az xəbər verir ki, buna səbəb xallarının sayını 22.350-yə çatdıran Ukraynanın 2 pillə irəliləməsi olub. Ölkəmiz 22.250 əmsalla 26-cı pillədə qərarlaşıb.

Bu həftə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” 5-ci turda İtaliyanın “Napoli” klubuna məğlub olub – 0:2. Bu da Azərbaycanın xal qazanmaması deməkdir.

Ən yaxın izləyicimiz – 27-ci olan Sloveniya isə 22.218 xala malikdir.

Qeyd edək ki, ölkələrin UEFA reytinqinə İngiltərə (101.783) başçılıq edir.