Dünya futbolu

Çexiya millisinin üzvü “Benfika”da

Çexiya və “Slaviya Praqa”nın yarımmüdafiəçisi David Yuraşek karyerasını Portuqaliya çempionatında davam etdirəcək.

Aut.az xəbər verir ki, 22 yaşlı futbolçunun yeni iş yeri “Benfika” olub.

Bu barədə Lissabon klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər 2028-ci ilin yayına qədər hesablanmış uzunmüddətli müqavilə bağlayıblar.

Yuraşek ötən mövsüm Çexiya çempionatında 31 matçda iştirak edib, bu oyunlarda iki qol vurub və 7 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi “Slaviya” ilə birlikdə 2022/2023-cü il ölkə kubokunun qalibi olub.

David Çexiya millisinin heyətində martda Polşa ilə oyunda debüt edib.