95 illik klub müflis elan oluna bilər: 9 milyona görə
Fransanın köklü klublarında biri “Soşo” ciddi maliyyə çətinlikləri səbəbi ilə müflis ola bilər.
Aut.az xəbər verir ki, klubu o halda özünü xilas ola bilər ki, 10 gün ərzində 8 milyon avro yatırmağa hazır olan alıcı olsun. Bu, komandanın üçüncü divizionda iştirakını təsdiqləyəcək. Əks halda klub müflis elan olunacaq və Fransa həvəskarlar liqası Nasional 3-ə göndəriləcək.
Klubun səhmləri Çinin “Nenkinq” şirkətinə məxsusdur. Sözügedən şirkət kəsiri klubun büdcəsinə ödəməyəcək. Korporasiya daşınmaz əmlak bazarında çətinliklərlə üzləşib. Buna görə də itirilmiş pulu Soşaya qaytara bilməyəcək.
Qeyd edək ki, “Soşo” 1928-ci ildə yaradılıb. 95 il ərzində klub 2 dəfə Fransa çempionu və ölkə kubokunun qalibi olub.
