MY ona qiymət qoydu: 50 milyon
“Mançester Yunayted” futbolçusu Harri Maquayrı satacağı qiyməti müəyyənləşdirib.
Aut.az xəbər verir ki, İngiltərə klubu müdafiəçi üçün 50 milyon funt sterlinq tələb edir. Lakin hansısa klubun bu məbləği ödəyəcəyi inandırıcı deyil. MY rəhbərliyi ona müştəri axtarmaqda da fəallıq göstərmir.
Maquayr komandada mərkəz müdafiəçisi mövqeyində 5-ci sayılır. Baş məşqçi Erik Ten Haq Rafael Varan, Lisandro Martines, Viktor Lindelef və Lük Şouya daha çox güvənir.
Qeyd edək ki, Harri 2019-cu ildə 80 milyon funta transfer olunub.
