Milliləşdirilmə qaydalarında dəyişiklik
Beynəlxalq Voleybol Federasiyası (FİVB) idmançının vətəndaşlığını dəyişmə qaydalarına düzəlişlər edib. Məlumata görə, yeni qaydalar bu ilin sentyabrından qüvvəyə minəcək.
Aut.az xəbər verir ki, bundan sonra idmançının vətəndaşlıq almaq istədiyi ölkənin ərazisində yaşaması daha ciddi şəkildə yoxlanılacaq. Voleybolçu vətəndaşı olmadığı ölkədə ən azı 3 il yaşamaq məcburiyyətindədir. Əvvəllər bu müddət 2 il təşkil edirdi.
Bundan başqa yeni qaydalara əsasən, voleybolçu anadan olduğu ölkədə rəsmi oyun keçirməməlidir. Bununla da FİVB FİFA-nın qaydalarını tətbiq edib.
Daha bir dəyişiklik isə maliyyə ilə bağlıdır. Bundan sonra vətəndaşlığın dəyişdirilməsi zamanı inzibatı ödənişlər əvvəlkindən fərqli olacaq. Artıq hər ölkə üçün müxtəlif məbləğlər təyin ediləcək.
