Tennis

Konfetlə etiraz aksiyası – FOTOLAR

Uimbldon 2023-ün 1/64 final mərhələsinin iki oyunu ekoloji fəallara görə yarımçıq qalıb.

Aut.az xəbər verir ki, iyulun 5-də 18 nömrəli kortda So Şimabukuro – Qriqor Dimitrov görüşü başlayıb. Görüşün  ortasında “Just Stop Oil” hərəkatının iki fəalı korta qaçaraq narıncı konfet səpələyiblər. Ehtimal ki, konfeti turnirin mağazasından alıblar.

Polis onları dərhal kordan çıxarsa da, tamaşaçılar buna alqışlarla reaksiya veriblər. Dimitrovla Simabukuro dueli 6:1, 6:2, 6:1 hesabı ilə bolqarın xeyrinə başa çatıb.

Bundan dərhal sonra Ketie Bulter – Daria Savill dueli başlayıb.  Qanunu pozanlar qayıdıblar və yenidən korta konfet səpərək aksiyanı davam etdiriblər.

Konfetlə etiraz aksiyası - FOTOLAR

Konfetlə etiraz aksiyası - FOTOLAR

Konfetlə etiraz aksiyası - FOTOLAR

Konfetlə etiraz aksiyası - FOTOLAR

Konfetlə etiraz aksiyası - FOTOLAR