Emin Mahmudov üçün bilet alındı: Bu şəhərə uçur
Futbol üzrə milli komandamızın kapitanı Emin Mahmudov üçün yay istirahəti başa çatır.
Aut.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi bu gün və ya sabah yeni 3 illik müqavilə imzalamağa razılıq verdiyi “Neftçi”nin Rusiyadakı düşərgəsinə yollanacaq. Artıq bunun üçün futbolçu üçün təyyarə bileti alınıb.
“Neftçi” Sankt-Peterburqda təlim-məşq toplanışındadır. Bakılılar “Zenit”in təşkilatçılığı ilə keçirilən “Matç TV” turnirində də iştirak edirlər.
Qeyd edək ki, “ağ-qaralar” üçün mövsüm iyunun 3-də bitsə də, Emin Mahmudov iyunun 17-ə kimi milli komandanın düşərgəsində olub.
