Azərbaycan futboluSeçmə

“Qarabağ” türkiyəli futbolçuya təklif göndərdi

“Qarabağ” transfer çalışmalarını davam etdirir.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisi Türkiyənin “Samsunspor” klubunun futbolçusu Ahmet Sağatı heyətinə qata bilər. “Köhlən atlar” 27 yaşlı hücumçu üçün Birinci Liqa təmsilçisinə təklif göndərib. Bu barədə “Ajansspor” məlumat yayıb.

“Qarabağ”la yanaşı, Belçika təmsilçisi “Mexelen” də türkiyəli oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Ahmet Sağat ötən il “Menemenspor”dan “Samsunspor”a keçib. Ötən mövsüm “qırmızı-ağlar”ın heyətində meydana çıxdığı 29 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.