Klyuvert Türkiyə klubunda
Niderlandlı mütəxəssis Patrik Klyuvert Türkiyənin “Adana Dəmirspor” klubunun baş məşqçisi təyin olunub.
Aut.az xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb.
47 yaşlı Klyuvert karyerası ərzində PSJ-nin idman direktoru, Kamerun millisinin köməkçi məşqçisi, “Barselona” idman akademiyasının direktoru və Kurasao yığmasının baş məşqçisi kimi çalışıb.
