Polis prezidentin qarşısını kəsdi: Sən axmaqsan, yoxsa…
“Ural”ın prezidenti onu komandanın oyununa buraxmayan polislə dava edib.
Aut.az xəbər verir ki, mayın 29-da “Ural” Alapaevskdə yoxlama görüşündə yerli “Triumf”u məğlub edib (13:0). Qarşılaşma zamanı Qriqori İvanov stadionda olan polislərdən biri ilə münaqişə edib.
Polisin klub rəhbərini komandasının ehtiyat oyunçular skamyasına buraxmaması İvanovun emosional reaksiyasına səbəb olub.
“Mənim sizin rəhbərliyinizə ehtiyacım yoxdur. Rəhbərliyiniz məni nə maraqlandırmır. Sən kimsən? Sən dəlisən? Mən klubun prezidentiyəm. Sən axmaqsan, yoxsa nə?” – İvanov bildirib.
“Ural”ın əməkdaşlarından birinin müdaxiləsindən sonra klub prezidentinin ehtiyat oyunçular skamyasına keçməsinə icazə verilib.
