İspaniya

Messidən danışdı: Atası ona deyib ki…

“Barselona”nın prezidenti Xoan Laporta Lionel Messinin baş tutmayan transferi barədə danışıb.

Aut.az xəbər verir ki, o, baş verənlərə rəğmən, argentinalı futbolçudan incimədiyini bildirib:

“Messi “Barsa”ya qayıtmaq istəyirdi. Parisdə çox çətin dövr keçirmişd. Atası mənə dedi ki, Leo yenidən bu cür təzyiq görmək istəmir. Biz ona hörmət edirik və başa düşürük. Qoy Mayamidə uğur qazansın. “Barselona” həmişə onun evi olacaq.

Onlarla, kluba hörmətlərini bildirə biləcəkləri bir tədbiri müzakirə etdim. “Kamp Nou”nun açılışı əla tarix olardı.

Prezidentin qəbul etməli olduğu qərarlar var. “Barselona” hər şeydən önəmlidir. Mən klubumu üstün tutdum. Amma hər şeyin belə getdiyi üçün kədərlənirəm”.

Qeyd edək ki, “Barselona” PSJ ilə müqaviləsi başa çatan Lionel Messini heyətinə qatmağa çalışsa da, dünya çempionu azarkeş və ictimai təzyiqin aşağı olduğu ABŞ təmsilçisi “İnter Mayami”ni seçib.