Digər

O da uğursuz oldu

Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

Aut.az xəbər verir ki, kişi badmintonçu Edi Reski Dviçayodan sonra o da fərdi kateqoriyada 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Zəhra bu raundda İsveçrə təmsilçisi Jenjira Stadelmanna məğlub olub. Azərbaycan idmançısı ilk hissəni öndə tamamlasa da, ümumilikdə 1:2 (21:16, 12:21, 15:21) hesabı ilə uduzub.