İngiltərə

Ona görə 100 milyon təklif edirlər

“Arsenal” “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı transfer etməkdə israrlıdır.

Aut.az xəbər verir ki, “topçular” bu yay 24 yaşlı futbolçunu heyətinə qatmaq üçün 100 milyon və 5 milyon funt sterlinq bonus ödəməyə hazırdır.

“Arsenal”ın bu transferdəki tək rəqibi “Mançester Siti”dir. “Şəhərlilər” Raysa görə “çəkicdöyənlər”ə 90 milyon funt strerlinq təklif edir.

Qeyd edək ki, peşəkar karyerasına “Vest Hem”də başlayan Rays 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 37 matça çıxıb. Bu qarşılaşmalarda 4 qol vuran yarımmüdafiəçi 2 məhsuldar ötürmə müəllifi olub.