Türkiyə

Çakır ruslara işləyəcək

Sabiq FİFA və UEFA referisi Cüneyt Çakır Rusiya Futbol İttifaqının prezidenti yanında Ekspert-Hakim Komissiyasına qoşulacaq.

Aut.az xəbər verir ki, bu barədə “Çempionat”a vəziyyətlə tanış olan mənbə bildirib.

“Çakırla razılığa gəlmək Majiçlə yaxın münasibəti sayəsində mümkün oldu. Gələcəkdə EHK-in tərkibində daha bir əcnəbi ekspertin yer alacağı gözlənilir. Eyni zamanda, komissiyada rusların sayı azaldılacaq. Bu, maraqların toqquşması ehtimalını minimuma endirmək üçün ediləcək”, – deyə  mənbə əlavə edib.

Bundan əvvəl Rusiya Futbol İttifaqının hakimlər departamentinə sabiq serb referi Milorad Majiç rəhbər gətirilib.