Bəxtiyar Həsənalızadə oynadı?
Türkiyə 1-ci liqasında 19-cu turun matçları keçirilir.
Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” növbəti matçına çıxıb.
İstanbul klubu evdə “Altay”a 2:0 qalib gəlib.
Həsənalızadə matçın heyətinə daxil edilməyib. “Tuzlaspor” 19 xalla 16-cı pillədədir.
