Dünya futbolu

Rusiyalı milyarder onun pulunu vermir

“Real”ın aş məşqçisi Karlo Ançelotti keçmiş klubu “Everton”un sahibi Əlişir Usmanova qarşı iddia qaldırıb.

Aut.az xəbər verir ki, buna səbəb rusiyalı oliqarxın ona vəd etdiyi pulları verməməsidir. Bu barədə “The Guardian” məlumat yayıb.

Məlum olub ki, italiyalı mütəxəssisə qazanılan uğurlara görə müəyyən ödənişlər vəd edilib. Ancaq üstündən 2 il keçməsinə baxmayaraq buna əməl edilməyib.

Ançelottinin 2021-ci ilin yayında tərk etdiyi kluba qarşı iddiasına London Ali Məhkəməsində baxılacaq.

“Everton”un sponsoru olmuş Usmanov hazırda vəzifəsini icra edə bilmir. Buna səbəb isə Böyük Britaniyada rusiya vətəndaşlarına qarşı tətbiq edilən sanksiyalardır. Ona ölkəyə giriş qadağan edilib.