Essyen Rahid Əmurquliyevə tərif yağdırdı – VİDEO
Qanalı əfsanəvi futbolçu Maykl Essyen karyerasını başa vuran “Səbail”dəki keçmiş komanda yoldaşı Rahid Əmirquliyev haqqında danışıb.
Publika.az xəbər verir ki, “Səbail” klubunun mətbuat xidmətinə açıqlama verən 41 yaşlı sabiq yarımmüdafiəçi Əmirquliyev üçün video hazırlayıb və onun ünvanına xoş sözlər deyib:
“Salam, Rahid. Karyeranı bitirməyin barədə məlumat aldım. Sənə uğurlar arzulamaq üçün kiçik bir video hazırladım. Səninlə oynamaqdan həzz alırdım. Hər şeyin ən yaxşısını arzu edirəm. Görüşənədək”.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından iyununadək “Səbail”in heyətində çıxış edib. Rahid Əmirquliyev 2018-ci ildən Bakı təmsilçisinin uğurları üçün çalışıb.
